Bakı və Lerikdə yanğın olub

Bakı və Lerikdə yanğın olub
08:05 7 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir vaqonun taxtadan ibarət üzlüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Lerikdə olub. Şəhərdə ümumi sahəsi 250 m2 olan tikilinin içərisində yerləşən yarımstansiyanın 3 ədəd elektrik açarı və 15 p.m elektrik kabeli yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR