Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb

Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb
08:42 7 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Səhər saatlarında Ucarın Alpı kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Ford” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü yaralanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-avtomobil-direye-cirpilib-surucu-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR