Hacıqabulda DƏGŞƏTLİ QƏZA: Mikroavtobus aşdı, ölənlər var - FOTOLAR

Hacıqabulda DƏGŞƏTLİ QƏZA: Mikroavtobus aşdı, ölənlər var - FOTOLAR
08:43 7 İyun 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR