"Neftçi" darmadağın oldu

"Neftçi" darmadağın oldu
09:22 7 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Mahaçqala şəhərində keçirilən "Caspian Cup" turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda ölkəmizi "Qəbələ" və "Neftçi"nin U-14 komandaları təmsil edir.

B qrupunda mübarizə aparan "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşıb. Yeniyetmə futbolçularımız gürcü yaşıdlarına böyük hesabla uduzub - 1:5.
 
Bütün qolları ilk yarıda buraxan bakılılar təsəlli qolunu fasilədən sonra vurublar. Qrupun digər oyununda "Anji" "Yunost"la heç-heçə edib - 1:1. 
 
Bu gün "Qəbələ" "Ramzan"la, "Neftçi" isə "Yunost"la qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR