Ali məktəblərə qəbul planı açıqlandı

Ali məktəblərə qəbul planı açıqlandı
09:34 7 İyun 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.

 

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.

 

Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq. Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR