SOCAR törəmə şirkətlərindən birini ləğv edib, həmçinin yeni şirkət yaradıb

SOCAR törəmə şirkətlərindən birini ləğv edib, həmçinin yeni şirkət yaradıb
09:42 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini - “SOCAR-KPŞ” MMC-ni ləğv edib.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.
Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi “SOCAR İT” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-toreme-sirketlerinden-birini-legv-edib-hemcinin-yeni-sirket-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR