Parisdə TERROR HƏYƏCANI: kilsə mühasirəyə alındı - FOTO

Parisdə TERROR HƏYƏCANI: kilsə mühasirəyə alındı - FOTO
09:53 7 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib.

Publika.az xəbər verir ki, terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb.

İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.

Fransada artıq bir ilə yaxındır ki, fövqəladə vəziyyət elan edilib. Ən kiçik hadisədə belə əsgərlər küçələrə axışır.

Fransanın Daxili İşlər Naziri Cerar Collomb baş verənlərlə bağlı açıqlamasında terrorla mübarizənin Fransa prezidenti Emmanuel Makronun ən əsas prioriteti olduğunu bildirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR