Xərçəngi 10 il əvvəldən müəyyən etmək mümkün olacaq

Xərçəngi 10 il əvvəldən müəyyən etmək mümkün olacaq
10:03 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər uzun illər xərçəng xəstəliyinin vaxtında təsbit olunması və hüceyrələrin orqanizmdə yayılmadan qarşısının alınması üçün araşdırmalar aparıb.

Publika.az xəbər verir ki, mütəxəssislər bütün növ xərçəng xəstəliklərini 10 il əvvəldən müəyyən edə bilən qan testi hazırlayıblar. Alimlərin sözlərinə görə, bədəndəki bütün hüceyrələr məhv olmadan öncə qanda müəyyən iz qoyur. Test zamanı biz bu hüceyrələrin hansı səbəbdən öldüyünü müəyyənləşdirə biləcəyik.

Həkimlər test vasitəsilə "dolaşan şiş DNT-si" sayəsində xərçəngin hansı mərhələdə olduğunu müəyyən edə biləcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/201638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR