Azərbaycan Leninqrad vilayəti ilə ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq

Azərbaycan Leninqrad vilayəti ilə ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq
10:07 7 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq. 7 iyun. REPORT.AZ/ Azərbaycan və Rusiyanın Leninqrad vilayəti ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.
Bu barədə "Report"a müsahibəsində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bildirib.
Baş konsul vurğulayıb ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə birlikdə Azərbaycan və Leninqrad vilayəti arasında ikitərəfli əməkdaşlığın inkişafına dair layihə işlənib hazırlanıb. "Bu ilin payızında Leninqrad vilayətindən olan geniş nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanması planlaşdırılır", - deyə S.Qasımov qeyd edib.
O, bu yaxınlarda Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşü zamanı Azərbaycan ilə əmtəə dövriyyəsinin artırılması məsələsini müzakirə etdiklərini bildirib.
"Burada gəmiqayırma sənayesi çox yüksək səviyyədə inkişaf edib. Bakının sahillərini də dəniz suyu yuduğundan bizə israrla Azərbaycanda gəmiqayırma zavodu yaratmağı təklif edirlər. Şəhərdə və vilayətdə inkişaf etmiş əczaçılıq sənayesi var. Sankt-Peterburq Administrasiyası onkoloji xəstəliklərə qarşı olan dərman istehsalı üzrə birgə zavodun tikintisi təklifi ilə çıxış edib. Bundan əlavə, şəhər hakimiyyəti turizm seqmentinin inkişafında maraqlıdır və bu, ilk növbədə gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlıdır.
Bu gün azərbaycanlı sahibkarlara burada hotellərin tikintisinə sərmayə qoymaq təklif olunur", - baş konsul vurğulayıb. O, sonda yaxın zamanda bütün konkret təkliflərin Azərbaycanın iqtisadiyyat nazirinə təqdim olunacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-leninqrad-vilayeti-ile-ticari-iqtisadi-ve-elmi-texniki-emekdasliq-haqqinda-sazis-imzalay

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR