DİQQƏT: Noxudu suda saxlayanlara

Noxudu yumşaltmaq üçün suya qoyursunuzsa, bu xəbəri mütləq oxuyun.

Metbuat.az xəbər verir ki, satışda olan quru noxuddan yemək bişirmək üçün azı bir gecə öncəsindən suda saxlayırlar. Bu üsul noxudun şişməsini təmin edir. Şişmə zamanı bitkidən suya mədə tərəfindən həzm edilməyən zəhərli maddə və qazlar çıxır. Buna görə də, noxudun suyunu dəyişməli, təzə su ilə yemək hazırlanmalıdır. Mütəxəssislər deyir ki, əks halda bu sizi zəhərləyə bilər.

Noxud suda nə qədər saxlanmalıdır?

Axşamdan təmizlənən noxud yarım stəkan su ilə isladılır. Səhəri gün təmiz su ilə yumşalana qədər qaynadılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR