ATV-də yeni serial başlayır

"Orada polis leytenantı rolunda olacağam".

Bu sözləri aktyor-rejissor Elvin Əhmədov yeni çəkiləcəyi serial haqda Metbuat.az-a danışarkən deyib. O, polis roluna çəkiləcəyini bildirib:

“Okyabr ayında ATV kanalında “Yarpaqlar” adlı yeni serial başlayacaq. Serialda bir çox korifey sənətkarımızın yer alacağı serialda mən də polis leytenatı rolunda olacağam, rolumun adı Hüseyn Qəmərlidir. Əminəm ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, serialın quruluşçu rejissoru Natiq Novruzov, rejissoru Rəşad Nuri, ssenari müəllifləri isə Rəşad Səfərov və Züleyxa Şirinovadır.

Dilarə Zamanova / metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR