Naxçıvanda qanunvericiliyin tələblərini pozan 20 nəfər əcnəbi aşkarlanıb

Naxçıvanda qanunvericiliyin tələblərini pozan 20 nəfər əcnəbi aşkarlanıb
10:22 7 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Ötən ay ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma, müvəqqəti yaşama, habelə əmək fəaliyyəti ilə məşğul olma qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərinin pozulması üzrə 20 nəfər əcnəbi aşkarlanıb.
"Report"a MR-in Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsinə istinadən xəbər verir ki, bunlardan 16 nəfər əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərketmə, 3 nəfər əcnəbi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. Bir nəfər əcnəbinin isə ölkə ərazisində yaşaması leqallaşdırılıb. Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 918 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 82-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrı- lıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/naxcivanda-qanunvericiliyin-teleblerini-pozan-20-nefer-ecnebi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR