Cəhənnəm planeti kəşf olundu: 4300 dərəcə isti

Cəhənnəm planeti kəşf olundu: 4300 dərəcə isti
10:33 7 İyun 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər indiyə qədər Günəşdən sonra məlum olan ən isti planeti kəşf etdiklərini iddia edirlər. "Nature" jurnalında dərc olunan araşdırmaya görə yeni kəşf edilən planet Yupiterə bənzəyir.

Publika.az xəbər verir ki, "KELT-9b" adı verilən planetin səthində temperatur gwndüz vaxtı 4300 dərəcəyə çatır. Bu istilik bir çox ulduzun səthindəki temperaturdan çoxdur. "KELT-9b"-nin səthində müşahidə olunan temperatur Günəşin səthində müşahidə edilən 5500 dərəcə istilikdən sadəcə 1200 dərəcə azdır.

Yüksək temperatur səbəbindən atmosferində su və karbondioksid kimi molekulların mövcud olmadığı "KELT-9b"-un kütləsi Yupiterin yarısına bərabərdir.

Dünyadan təxminən 650 işıq ili uzaqlıqda yerləşən planet orbitinin darlığı səbəbindən eynilə Ay kimi yalnız bir tərəfini göstərir.

Arizona ştatının cənub-şərq istiqamətindəki Viner rəsədxanasındakı KELT teleskopu vasitəsilə aşkarlanan "KELT-9b"-nin orbitində olan KELT-9 ulduzunun da Günəşdən iki dəfə böyük və iki qat daha isti olduğu müəyyən olunub.

Araşdırmaya rəhbərlik edən Ohayo Universitetinin Astronomiya bölməsinin mütəxəssisi, professor Skot Qaudi "KELT-9b" planetinin kütlə baxımından digər planetlərə bənzəsə də, atmosferinə görə indiyə qədər kəşf edilən bütün planetlərdən fərqli olduğunu deyib.

Vanderbilt Universitetinin astrofizika fakültəsinin professoru Kevan Stassunun sözlərinə görə, "KELT-9" həddən artıq ultrabənövşəyi radiasiya yayır. Bu planeti tamamilə buxarlandıra bilər. Bu səbəbdən "KELT-9b"-nin nüvəsi bərk süxurlardan ibarətdir.

"KELT-9b" planetinin kəşfi Texas ştatının Ostin şəhərində keçiriləcək 230-cu Amerika Astronomiya Birliyi yığıncağında hesabat kimi təqdim olunacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR