Prosineçki "Bursaspor"la danışıqlara yollanır

Prosineçki "Bursaspor"la danışıqlara yollanır
10:37 7 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Superliqada qalmağı son anda bacaran "Bursaspor" Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar" bu məsələdə artıq müəyyən irəliləyişə nail olublar.

Belə ki, xorvatiyalı çalışdırıcının meneceri Yaşar Çalışır dünən Bursaya yollanıb. Klubun bazasına baş çəkən Çalışır prezident Ali Ayla görüşüb. Uzun sürən söhbətdə klub rəhbəri gələn mövsümlə bağlı planları açıqlayıb, həmçinin Prosineçkiyə təklifin detalları müzakirə edilib. "Bursaspor"un qısa və uzun müddətli hədəfləri, heyətin qurulması və transfer büdcəsi kimi məsələlərdə fikir alış-verişi aparılıb.
 
Tərəflər gələn həftə yenidən bir araya gəlməyi planlaşdırırlar. Bu dəfə menecer tək yox, Prosineçki ilə birlikdə görüşdə iştirak edəcək. Belə ki, xəbərdə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçından sonra Prosineçkinin Türkiyəyə yollanacağı və "Bursaspor" rəhbərliyi ilə danışıq masası arxasında əyləşəcəyi yazılıb.
 
Qeyd edək ki, 2014-cü ilin dekabrında millimizin "sükanı arxası"na keçən Robert Prosineçki ondan əvvəl 2012-13 mövsümündə Türkiyədə "Kayserispor"u çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR