"Microsoft" və "İstək" Liseyi arasında anlaşma memorandumu imzalanıb (FOTO)

"Microsoft" və "İstək" Liseyi arasında anlaşma memorandumu imzalanıb (FOTO)
10:43 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkəti və “İstək” Liseyi arasında anlaşma memorandumu imzalanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, sənədi “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov və “İstək” Liseyinin direktorunun əvəzi Elxan Əliyev imzalayıblar.

Memoranduma əsasən, “İstək” liseyində “Microsoft”un təhsil yönümlü təşəbbüslərinin inkişafı və təşviqi həyata keçiriləcək. O cümlədən sənədə akademik proqramlar vasitəsilə “Microsoft”un informasiya resurslarının “İstək” Liseyinin təhsil proqramına inteqrasiya edilməsi üzrə yardım, “İstək” Liseyinə “Microsoft”un akademik lisenziya proqramları, həmçinin “Microsoft Imagine” proqramı vasitəsilə araşdırma üçün “Microsoft” məhsulları və təhsil məqsədləri haqqında müvafiq məlumatların təqdim edilməsi, “İstək” Liseyinə “Microsoft Office 365” haqqında müəllim və tələbələr üçün internet əsaslı əməkdaşlıq mühitinin inkişaf etdirilməsinə dair müvafiq məlumatların təqdim edilməsi, həmçinin akademik lisenziya şərtlərinə uyğun olaraq “Microsoft” məhsullarının tətbiq edilməsinə köməklik göstərmək daxildir.

Bununla yanaşı, memorandum tərəflərin əməkdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyətlər üçün müvafiq şəraitin yaradılmasını, “İstək” Liseyinin tələbə və müəllimlərinin “Microsoft Office 365” proqamından istifadə imkanının təşkili və idarə edilməsinə köməkliyi, əməkşdaşlığın şərtlərinə uyğun olaraq lisey daxilində təbliğat-təşviqat işlərinin aparılmasını və “İstək” Liseyinin tələbə və müəllimləri arasında lisenziyalı proqram təminatlarının istifadəsinin təşviqinə yardımı nəzərdə tutur.

Qeyd edək ki, “İstək” Liseyinin tədris proqramına İKT-nin inteqrasiyası üzrə potensialın artırılması çərçivəsində artıq sözügedən təhsil ocağında istifadə olunan “Microsoft” məhsulları tam lisenziyalaşdırılıb və hazırda lisey “Təhsil üçün Office 365”dən istifadə edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2763618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR