​“Qarabağda müharibə hər an başalaya bilər”

Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ məsələsində Azərbaycan və Ermənistanın müharibəyə hər zamankından daha olduğunu bildirən hesabatından sonra Rusiyanın “MİQ-29” hərbi təyyarələrini Ermənistana göndərmə xəbəri beynəlxalq qrup tərəfindən yayılan xəbərdarlığın labüdlüyünü göstərir.

Bu barədə Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu olmadan da bilinir ki, Ermənistan torpaqları işğal altında saxlayırsa, Azərbaycan bir gün məcbur olub, öz torpaqlarını azad edəcək:

“Müharibə riski hər an labüddür. Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmayıb, müharibə hər an başalaya bilər. Məsələnin məğzi bundan ibarətdir. Ermənistan heç bir beynəlxalq hüquqa hörmətlə yanaşmır və belə gərginlik yaradır. Onlar üçün cəbhədə kimin ölməsinin heç bir fərqi yoxdur. Təki öz hakimiyyətlərinin ömrünü uzatsınlar. Ermənistan siyasi-hərbi hakimiyyətinin mərkəzində məhz bu addım dayanır”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR