Tovuzda 4 yaşlı oğlan qaynar suda yandı

Tovuz rayonunda 4 yaşlı uşaq yanıb.

Məlumata görə, hadisə iyunun 6-da rayonun Bayramlı kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu evlərində qaynar suda yanıb. Yaralı uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya - Respublika Yanıq Mərkəzinə çatdırılıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib ki, S.Əmiraslanovun bədən səthinin 75 faizi yanıb. Hazırda xəstə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, 4 yaşlı uşaq evdə gəzərkən ehtiyatsızlıqdan qaynar su vedrəsinə toxunub və vedrə uşağın üzərinə aşıb.//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR