Qətər rialının məzənnəsi 8 illik minimumuna enib

Qətər rialının məzənnəsi 8 illik minimumuna enib
10:52 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Qətərin milli valyutası olan rialın ABŞ dolları qarşısında məzənnəsi fyuçers müqavilələrində 8 illik minimuma enib. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, nağd valyuta bazarında QAR/USD nisbəti ötən gün 3,647 səviyyəsinə qədər yüksəldikdən bir qədər sonra 3,6421 səviyyəsinə qədər geriləyib. 
Həmçinin Qətərin əsas fond birjası indeksi olan "QE General" son 2 gündə 8,3% azalaraq 9 058 bəndə çatıb. Bu 2016-cı il yanvarın 24-dən etibarən ən aşağı göstəricidir.
Qeyd edək ki, iyunun 5-də 6 ərəb ölkəsi, Maldivlər və Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra bəzi iqtisadi münasibətləri də dayandırıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qeter-rialinin-mezennesi-8-illik-minimumuna-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR