Xalq artisti plastik əməliyyat etdirib?

"Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar".

Metbuat.az xəbər verir ki, bu sözləri xalq artisti Ruhəngiz Musəvi plastik əməliyyat etdirməsi haqda “Shov time” verilişində danışarkən deyib. O, heç bir əməliyyat etdirmədiyini bildirib:

“Mənim 64 yaşım var, heç zaman plastik əməliyyat etdirməmişəm. Əməliyyat etdirənə oxşayıram? Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar. Görün əməliyyat etdirsəm necə olaram! Deyirlər ki, niyə belə gözəl qalmısınız? Deyirəm ki, ürəyim təmizdi, ona görə belə gözələm. Həm də ki, istəmirəm məni qoca görsünlər. Lazım olsa plastik əməliyyat etdirəcəm. Amma bu günə qədər heç bir yerimdə dəyişiklik etdirməmişəm”.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR