İsveçrə Ali Təhsil Məktəbinin prezidenti Bakı Ali Neft Məktəbində

İsveçrə Ali Təhsil Məktəbinin prezidenti Bakı Ali Neft Məktəbində
11:01 7 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək 2017/2018-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında beş 700 bal toplayan abituriyentin Ali Məktəbi seçdiklərini deyib.

SSHE-nin prezidenti Mariam Gamurziyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi və Ali Təhsil Məktəbinin menecment, o cümlədən neft-qaz menecment üzrə təhsil proqramıları barədə məlumat verdi.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR