İsveçrə Ali Təhsil Məktəbinin prezidenti Bakı Ali Neft Məktəbində olub

İsveçrə Ali Təhsil Məktəbinin prezidenti Bakı Ali Neft Məktəbində olub
11:07 7 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək 2017/2018-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında beş 700 bal toplayan abituriyentin Ali Məktəbi seçdiklərini deyib.
SSHE-nin prezidenti Mariam Gamurziyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi və Ali Təhsil Məktəbinin menecment, o cümlədən neft-qaz menecment üzrə təhsil proqramıları barədə məlumat verdi.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-svecre-ali-tehsil-mektebinin-prezidenti-baki-ali-neft-mektebinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR