Daha bir ölkə Qətərlə diplomatik əlaqəni kəsdi

Mavritaniya da Qətərlə diplomatik əlaqələri kəsib.

Metbuat.az xəbər verir ki, İordaniya isə Qətərlə diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini bəyan edib.

Qeyd edək ki, BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Qətərlə diplomatik əlaqələri kəsən dövlətlər vətəndaşlarına 48 saat ərzində ölkələrinə qayıtmağa göstəriş verib. Qətərlə 7 ərəb ölkəsi arasında yaşanan diplomatik böhran bir çox beynəlxalq hava reyslərinin təxirə salınmasına və bank əlaqələrinin dondurulmasına səbəb olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR