İkinci dəfə ailə həyatı quran məşhurlarımız

Heç kəs boşanmaq üçün ailə həyatı qurmur. Amma heç də hər kəsin ilk evliliyində bəxti gətirmir.

Metbuat.az ikinci hətta üçüncü dəfə ailə həyatı quran məşhurlarımızı təqdim edir:

Xalq artisti Zülfiyyə Xanbabayeva 90-ci illərin əvvələrində Aydın adlı şəxslə ailəli olub. Onun bu nigahdan övladı yoxdur. Zaur Məmmədovla ikinci dəfə ailə quran Zülfiyyə Xanbabayevanın bu evlilikdən Dəniz adlı qızı var.

Xalq artisti İlham Namiq Kamalın ilk evliliyindən iki qızı var. O, daha sonra özündən yaşca çox kiçik bir xanımla ailə həyatı qurub. Onun bu evlilikdən iki oğlu var.

Əməkdar artist Naibə Allahverdiyevada ikinci dəfə ailə quran məşhurlarımızdandır. Onun birinci evliliyindən Məryəm adlı qızı var. Bu yaxınlarda ikinci dəfə ailə quran aktrisanın bu evlilikdən övladı yoxdur.

Əməkdar artist Cabir İmanov da ikinci dəfə ailə həyatı qurub. Birinci dəfə Ayla Aslanova adlı xanımla ailəli olan aktyorun bu evlilikdən Fəray və Məryəm adlı iki qızı var. Cabir İmanov 2015-ci ildə Zara adlı xanımla ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən hələ ki, övladı yoxdur.

Aparıcı Azər Axşam da ikinci dəfə ailə həyatı qurub. Aktyor şəxsi həyatından danışmağı çox sevməsə də onun bir neçə il öncə birinci həyat yoldaşından boşanaraq, yenidən ailə həyatı qurduğu məlumdur.

Aparıcı Mətanət Əliverdiyevanın da başından iki evlilik keçib. İlk evliyindən 24 yaşlı Oktay adlı bir oğlu olan aparıcı ikinci dəfə evlənsə də, bu evliliyidə boşanma ilə nəticələnib. Mətənət Əliverdiyevanın ikinci evliliyindən də bir oğlu var.

Rəqqasə Oksana isə nə az nə çox düz 3 dəfə ailə həyatı qurub. İlk iki evliliyini çox gənc yaşlarında edib. Üçüncü evlili isə məşhur reper Elşad Xose ilə olan aktirsanın yenə bəxti gətirməyib və o, bu evliliyinə də son qoyub. Oksana Rəsulovanın heç bir ailə həyatından övladı yoxdur.

Xalq artisti Arif Quliyevin hazırkı həyat yoldaşı aktyorun ikinci evliliyidir. Onun birinci həyat yoldaşından olan oğlu yaxın zamanlarda vəfat edib. Aktyorun ikinci həyat yoldaşından isə 2 övladı var.

Müğənni Nura Suri də iki dəfə evli olub. Onun İran əsilli birinci həyat yoldaşından Mövsün, ikinci həyat yoldaşından Xosrov adlı övladı var. Müğənnin kiçik oğlu David isə onun qeyri-rəsmi nigahından doğulan oğludur.

Xalq artisti Murad Adıgözəlzadə də ikinci dəfə ailə həyatı qurub. Birinci evliliyindən bir qızı olan maestro ikinci dəfə müğənni Aysel Teymurzadə ilə ailə həyatı qurub və onun bu evliliyindən 3 övladı var.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR