Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
11:42 7 İyun 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 7 iyun. REPORT.AZ/ Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri ərazisində baş verib.
Belə ki, 10-OR-044 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində iki nəfər - Kənan Adil oğlu Səfərov və Xalid Xaliq oğlu Səfərov ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-iki-neferin-olumu-ile-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR