“Nikoil Bank”ın rəhbərliyində dəyişikliklər olub

“Nikoil Bank”ın rəhbərliyində dəyişikliklər olub
11:52 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişikliklər olub. 
“Report” xəbər verir ki, MŞ-nın 3 üzvü vəzifəsindən kənarlaşdırılıb. 
Bunlar Aleksey Sazonov, Roman Novikov və Pavel Suxoruçkindir. Onların yerinə yalnız Nikoloz Enukidze seçilib. Son nəticədə MŞ üzvlərinin sayı 5-dən 3-ə endirilib. 
Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın əsas səhmdarı 91,84%-lik payla "Topaz İnvestments" QSC-dir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nikoil-bank-in-rehberliyinde-deyisiklikler-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR