Yunanıstanın "Olimpiakos" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Joze Miçel Qonzalesin istefaya göndərilməsindən sonra boş qalmış məşqçi vəzifəsinə Vitor Pereyra gətirilib. 46 yaşlı mütəxəssislə 2016/2017 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, V.Pereyra 2011-2013-cü illərdə baş məşqçilik etdiyi "Portu" ilə 2 dəfə ölkə çempionatını və Portuqaliya superkubokunu qazanıb. Onun son iş yeri Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubu olub.
Milli.Az
Milli.Az