Türkiyədə terrorizmlə mübarizədə YENİLİK

Atatürk hava limanına tomoqrafiya yoxlama cihazı gətirilib.

Metbuat.az xəbər verir ki, Avropadan ABŞ-a uçan təyyarələrdə laptopların və tabletlərin qadağan olunmasından sonra, bu gecə Atatürk hava limanına 2 ədəd tomoqrafiya yoxlama cihazı gətirilib. Cihazlar ABŞ və İngiltərəyə uçan təyyarələrdə tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Yaxın Şərqin 10 ölkəsindən, eləcə də Avropadan ABŞ-a birbaşa uçuşlarda laptoplar qadağan olunub. Qüvvədə olan qadağa laptoplara, tabletlərə, e-buk riderlərə və kameralara aiddir. Həmin cihazları yüklə birlikdə təhvil vermək tələb olunur. Bütün bu tədbirlər isə mobil qurğularda hava limanına partlayıcı keçirməklə törədilə biləcək terror aktlarının qarşısının alınması məqsədilə həyata keçirilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR