Ədliyyə orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Ədliyyə orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ
11:54 7 İyun 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

 

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq.

 

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 9 iyun tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 640 nəfərin namizədliyi qeydə alınıb.

 

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR