Azərbaycanda orta məktəbdə dəhşət

Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib.

Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub. Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, intihar edən A.Məhhərrəmov rayonun Mamusda kəndində yaşayırmış. 51 yaşlı gözətçinin son vaxtlar maddi sıxıntılar keçirdiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR