Rayonlardan Bakıya xəstə köçürülmələrinin sayı azaldı

Rayonlardan Bakıya xəstə köçürülmələrinin sayı azaldı
11:57 7 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (SN TTTYS) telesəhiyyə sisteminin tətbiqinə başlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov jurnalistlərə deyib.

M.Cavadov deyib ki, telesəhiyyənin tətbiqi nəticəsində xəstəyə baxaraq onun həkiminə qısa müddətdə, operativ, məsafədən tövsiyə vermək mümkün olur.

Bsş həkim qeyd edib ki, bu ilin fevral ayından fəaliyyətə başlayan telesəhiyyə xidməti vasitəsilə artıq 147 pasiyentə məsafədən məsləhətlər verilib. Bu da konsultativ xidmət göstərilmiş 389 pasiyentdən 37 faizini təşkil edib.

M.Cavadov deyib ki, telesəhiyyələrin tətbiqi ilə bağlı Bakıya xəstə köçürülmələrin sayında da azalma olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR