İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb

İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb
12:27 7 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentinə hücum nəticəsində 7 nəfər ölüb, 4 nəfər girov götürülüb.
“Report” xəbər verir ki, bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) əsgərləri girovları azad etmək məqsədi ilə parlamentin binasına girib. Onlar terrorçulardan ikisini zərərsizləşdirib.
“Al-Arabiyya”nın məlumatına görə, parlamentin binasına hücumun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl hücum nəticəsində 1 mühafizəçinin öldüyü, 8 nəfərin isə yaralandığı barədə xəbər yayılmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-parlamentine-hucum-neticesinde-olenlerin-sayi-7-ye-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR