Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib

Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib
12:32 7 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib.
"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.
Xatırladaq ki, Tehranda Xomeyninin məqbərəsinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/polis-tehranda-xomeyninin-meqberesi-yaxinliginda-bombani-zerersizlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR