Məktəbdə bıçaqlanan 11-ci sinif şagirdi kimdir? - Direktor müavinindən AÇIQLAMA - VİDEO - FOTO

Məktəbdə bıçaqlanan 11-ci sinif şagirdi kimdir? - Direktor müavinindən AÇIQLAMA - VİDEO - FOTO
12:42 7 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 85 nömrəli orta məktəbdə qanlı hadisə baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 11-ci sinif şagirdi dostu ilə arasında yaranan mübahisə zamanı bıçaqlanıb.

Mübahisənin kökündə hansı səbəbin dayandığı bəlli deyil.

Məktəbin müəllimləri bıçaqlanan şagirdin tərbiyəli uşaq olduğunu, xəsarət yetirənin kimliyini isə bilmədiklərini deyirlər.

Nizami Eminov- 85 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini: "Vuran şəxs Əliyev Turan bizim məktəbin hal-hazırda şagirdi deyil, Hacıyev Tərlan isə bizim məktəbin şagirdidir. Ümumiyyətlə o tərəfə necə keçib tənəffüs vaxtı və orada nə baş veribsə, şüşə kəsib. O anda uşaqlar da ona kömək göstərib qanaxmanı dayandırmaq üçün. Tərbiyəsi yaxşıdı, intizamlı uşaqdı, oxumağı zəifdi, özünü sərbəst idarə edir, davamiyyəti müntəzəm var. Narahatedici uşaq deyil".

Yaralı 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

11-ci sinif şagirdi məktəbdə bıçaqlandı - Bakıda


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/552006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR