SOCAR Neft Emalı Zavodunda yeni qurğu istifadəyə verib (FOTO)

SOCAR Neft Emalı Zavodunda yeni qurğu istifadəyə verib (FOTO)
12:43 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni susoyuducu qurğunu istifadəyə verib.

Trend-in məlumatına görə, qurğunun işə salınma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi iştirak edib.

Layihəsi Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən hazırlanmış qurğunun tikintisi 2015-ci ildə başlayıb. Qurğunun istehsal gücü sutkada 7 min kubmetr təşkil edir.

Qeyd edək ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi prosesi aparılır. Bu proses 2020-ci ilədək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2763690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR