Sumqayıt sakini evində yanıb öldü

Sumqayıt sakini evində yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyunun 6-da saat 19 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Hadisədə mətbəxin 12 kvm. yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR