“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının ABŞ-dan olan Mədəniyyət səfiri Sülh Platformasına qoşulub

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının ABŞ-dan olan Mədəniyyət səfiri Sülh Platformasına qoşulub
12:47 7 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının ABŞ-dan olan Mədəniyyət səfiri Arif Quliyev, “ErmənistanAzərbaycan Sülh Platforması”na qoşulması barədə bəyanat verib. 
Platformanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib hesab edirəm. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Və buna çoxlu sübut gətirmək olar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Müharibəyə son qoymağın vaxtı çatıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız Sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu Sülh Cənubi Qafqaz Regionunda da bərqərar olacaq. Yuxarıda qeyd olunan səbəblərə görə, mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/simurq-azerbaycan-medeniyyet-assosiasiyasinin-abs-dan-olan-medeniyyet-sefiri-sulh-platformasina-qo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR