"Canlı bomba" İran parlamentində özünü partlatdı

İran parlamentinə hücum edən 4 terrorçudan biri özünü binanın içində partladıb.

Metbuat.az xəbər verir ki, atışmada 7 nəfər ölüb. Çox sayda yaralı var. Terorçular 4 nəfəri girov götürüb.

Qeyd edək ki, parlamentdəki atışmadan dəqiqələr sonra Tehranın cənubundakı İmam Xomeyninin məqbərəsində də atışma olub. Bir qadın canlı bomba özünü partladıb, digər terrorçu sionid içərək intihar edib. Digər 2 terrorçu isə yaxalanıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR