Ötən ay SOCAR istiqrazları ilə 3,82 mln. dollarlıq əməliyyat aparılıb

Ötən ay SOCAR istiqrazları ilə 3,82 mln. dollarlıq əməliyyat aparılıb
13:02 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin may ayında qiymətli kağızların təkrar bazarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə 3 819 552 dollarlıq əməliyyat aparılıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir. 
SOCAR istiqrazları üzrə market meyker olan “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, ötən ay 3 799 istiqraz alınıb və satılıb. Bunların 1 790 ədədi fiziki şəxslər, 2 009 ədədi isə hüquqi şəxslər tərəfindən əldə edilib. 
Mayda SOCAR istiqrazlarının qiyməti 4 dollar artaraq 1004 dollardan 1008 dollara yüksəlib (məlumat üçün bax: https://www.youtube.com/watch?v=jjfOPuchTXg).
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin sentyabr ayında dövriyyəyə buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. Bu il yanvarın 17-də və aprelin 17-də ilk faizlər ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/oten-ay-socar-istiqrazlari-ile-3-82-mln-dollarliq-emeliyyat-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR