Heyvan saxlayan azərbaycanlı məşhurlar

Bir çox insan evində heyvan saxlamağa razı olmasada, məşhurların çoxu heyvanları sevir.

Metbuat.az evində heyvan saxlayan məşhurları təqdim edir:

Heyvan saxlayan məşhurlar deyiləndə ilk ağla gələn xalq artisti Aygün Kazımovadır. Heyvanları çox sevən müğənninin hazırda iki balaca iti var.

Bəstəkar Aygün Səmədzadə də adaşı Aygün Kazımova kimi heyvansevarliyi ilə tanınır. O evində bir it saxlayır.

Əməkdar artist Elza Seyidcahanın isə Ceyla adlı pişiyi var. Hətta bir zamanlar müğənninin, "Ceylaya elçi gəlib" açıqlaması böyük səs-küyə səbəb olmuşdu.

Xalq artisti Səməd Səmədov da it sevən məşhurlardandır.

Əməkdar artist Röya Ayxanında iti var. O, itini özü ilə arada verilişlərə qonaq da aparır.

Əməkdar artist Naibə Allahverdiyeva da it saxlayır. Aktrisa itinin ona hədiyyə edildiyini bildirib.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR