Kristiano Ronaldoya 180 milyonluq təklif

Kristiano Ronaldoya 180 milyonluq təklif
13:07 7 İyun 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Kriştiano Ronaldo üçün "Real"a 180 milyon avroluq təklif gələcək. Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" qəzeti məlumat yayıb.


Qəzetin iddiasına görə, bu təklifi PSJ, "Monako", "Mançester Yunayted" və ya Çin klublarından biri edə bilər. Məlumatda qeyd olunur ki, "Real" təklifi qəbul edəcək və bu transferdən əldə olunan gəliri "Monako"dan Kilian Mbappeni almağa xərcləyəcək.


Qeyd edək ki, Ronaldonun "Real"la 2021-ci ildə qədər müqaviləsi var. Portuqaliyalı futbolçu bir müddət əvvəl karyerasının sonunadək "Kral Klubu"nda qalacağını bildirmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kristiano-ronaldoya-180-milyonluq-tklif-t58576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR