İran parlamentinin sədri terrordan danışdı: "Bir neçə qorxaq..."

İran parlamentinin sədri terrordan danışdı: "Bir neçə qorxaq..."
13:09 7 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.
 
APA-nın Tehran bürosunun xəbərinə görə, Ə. Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır.  İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR