Sabah AIF-in istiqrazları ilə bağlı hərrac keçiriləcək

Sabah AIF-in istiqrazları ilə bağlı hərrac keçiriləcək
13:12 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Sabah Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 005,25 manat qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in istiqrazlarının baza emissiya prospektini bu il martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir. Bir istiqrazın nominal dəyəri 1 000 manat, illik faiz dərəcəsi 3%-dir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sabah-aif-in-istiqrazlari-ile-bagli-herrac-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR