DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Şimali İrlandiya oyununa bilet satışı davam edir. Fanat.Az xəbər verir ki, bu gün naharadək 19500 nəfər stadiona giriş hüququna yiyələnib.
İyunun 10-da saat 20:00-da 31200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə maraq böyükdü.
Qeyd edək ki, 24 saat əvvəl 15800 bilet satılmışdı.
Fanat.Az