28 inəyi oğurlayan deputat kimdir? - Azərbaycanda ağlasığmaz oğurluq hadisəsi

Müəllifi:Ehsan Hacıyev

Hazırlayıb təqdim edəni: X. Telmanoğlu

28 BAŞ MALI OĞURLAYAN DEPUTAT

Yazı Metbuat.az saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur.

1979-cu ilin mart ayı idi. İş vaxtı saat 10 olardı. Katiblə (Balakən rayonunun birinci katibi Əsədovdan söhbət gedir) mənim aramda olan daxili telefon uzun-uzadı zəng çaldı. Dəstəyi qaldırıb salamlaşdıqdan sonra katib bildirdi ki, Hacı Nəsibov adına kolxozun Alazan vadisində olan fermasında bu gecə 28 baş inək oğurlayıblar. “Kolxozun sədri Sədaqət, bilirsən də, sosialist əməyi qəhrəmanıdır. Həm də Azəbaycan SSR Ali Sovetinin deputatıdır. Bu işə çox ciddi yanaşıb cinayətkarları tapmaq lazımdır. Sədaqət özü fermaya getdi. Bu saat RİK-nın sədri və Xalq Nəzarət komitəsinin sədri də gedirlər.

Mən təcili həyəcan siqnalı ilə şəxsi heyəti topladım. Oğurluq mal-qara aparılması güman edilən meşə yollarını meşələrdə oğurluq malları müvəqqəti saxlanılması ehtimal olunan talaları yoxlamq üçün dəstələr ayırdım. Hadisə barədə rayon prokuroruna məlumat verib 12 nəfər işçi ilə özüm də fermaya yola düşdüm. Fermada ferma gözətçi, güdükçü və sağıcılarla söhbət etdim. Malların haradan oğurlanması haqqında təsdiq edici bir fikir öyrənə bilmədim. Ferma müdiri dedi ki, səhər malları sayanda başa düşmüşəm ki, 28 baş inək çatışmır. Sonra ağılın bir tərəfini göstərdi ki, bax buradan malı sürüb aparıblar.

Gözətçi dedi ki, axşam mal gələndə mən saymamışam. Ancaq gecə də buradan mal oğurlanmayıb. Güdükçü dedi ki, bir neçə müddətdir mən malları aparanda da, axşam gətirəndə də sayıb təhvil almamışam.

Fermanı yoxlatdım. Çatışmayan 28 baş heyvan hamısı subay mallar oldu. Sonra ağılda saxlanılan bütün malları örüşdən gətirdib ağıla salıb müdirə dedim, deyirsən 28 baş heyvanı bu ağıldan gecə oğrulayıblar. Indi neçə nəfər istəyirsiniz bu ağıldan bir bölük heyvan ayırıb çıxarın. Hamısı da subay olsun. Mümkün olmadı. Ferma müdiri bu dəfə dedi ki, doqqaza salıb heyvanları çıxarıb sonradan doqqazı yerinə qoyublar. Dedim mən razı. Siz də doqqazı salın, 28 baş subay malı ayırıb çıxarın.

Uzun müddət vaxt keçdi. Hay-haray səs-küy aləmi götürdü. Subay mallarla digərləri də açıq doqqazdan çıxıdılar. Beləliklə, ferma müdiri mənimlə razılaşdı ki, gecə buradan 28 baş subay heyvanı seçib aparmaq olmazdı. Deməli, çöldə başsız qalıb. Oradan oğrular rahatca seçib aparıblar.

Bu faktı da real yoxlamaq üçün ferma müdiri və güdükçülərə dedim ki, son 10 gündə heyvanları harada otarmısan. Hansı yolla otlağa sürmüsən. Oraları mənə dəqiq göstər. Belə də etdik. Həm mal sürülən yerdə, həm də otlaqda həqiqətən çoxlu heyvan ayağının izləri olması aşikar bilinirdi.

Sonra ferma müdirinə dedim ki, 28 heyvanın 112 ayağı olur. Bu da elə bir sürü deməkdir. Bu yerlərdə siz göstərdiyinizdən başqa heyvan izi yoxdur. Deməli, sürüdən də heyvanlar ayrılıb kənarlaşdırılmayıb. Gəlin düzünü danışın. Nə üçün 3 aydır yeni ildən fermada gözətçilərlə güdükçülər arasında səhər-axşam təhvil təslim aparılması üçün təşkil edilmiş dəftər işlənməyib. Deməli, heç kim təsdiq edə bilməz ki, heyvanlar gecə ağıldan oğrulanıb yoxsa, gündüz çöldə güdükçünün qabağından itib ya da oğurlanıb. Ancaq, yoldaş kolxoz sədri, ferma müdiri Sədaqət bacıyı və Baratovu rayon DİŞ-si faktı ciddi cəhdlə araşdıracaq. Lakin yaddan çıxarmayın ki, Azərb.SSR CM-də bir 93-cü maddə də var. Bu maddənin məzmunu belədir:Dövlət əmlakını və ya ictimai əmlakın saxlanılması və ya qorunması tapşırılmış olan şəxsin öz vəzifəsinə cinayətkarca etinasız yanaşması həmin əmlakın külli miqdarda oğurlanmasına, zədələnməsinə, xarab olmasına səbəb olduqda vəzifə cinayətləri əlmaətləri olmasa (naxırçı, güdükcü, ilxıçı, qaravolçu, gözətçi, qarderobçu və s) iki ilə qədər müddətə azadlıqdan məhrum etmə və bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Hadisə yerindən qayıtdıqdan sonra fikrimi prokurora və 1-ci katibə məruzə etdim.Prokuror mənim fikrimlə razılaşdı və müstəntiqə cinayət işi başlatmaq üçün göstəriş verdi.Lakin 1-ci katib cinayətkarları tapmaq lazımdır , kolxozçuları incitmək lazım deyil, dedi.

Səhəri gün birinci katib daxili telefonla mənə dedi ki, səndə Səməd adlı işçi var, onu da götür yanıma gəl.

Mən birinci katibin iş otağına daxil olarkən o dedi ki, Səməd bir az çöldə gözləsin, sən gəl otur.Bu vaxt birinci katibin iş otağında prokuror, kolxozun sədr Sədaqət bacı və iri bığlı uzun boylu qara bənizli bir nəfər oturmuşdu.Əsədov dedi ki, yoldaş rəis, heyvanları və oğruları tapmışam,buyur qulaq as, sonra bir yerdə gedib tutub gətirərsiniz.Naməlum adam dedi ki, heyvanlar həqiqətən oğurlanıb, oğruları tanıyıram, heyvanların da yerini bilirəm. Heyvanların oğurlanmasında bilavasitə Mehdiyev Səmədin əli var, siz onu çağırın, 3 gün vaxt verin gedib heyvanları qaytarsın, istəyirsiniz lap üzünə deyim.

Əsədovdan xahiş etdim ki, cinayət bu qayda ilə açılmaz, imkan verin Səmədlə özüm məşğul olum, o mənimlə razılaşmayıb Səmədi çağırtdırdı. Naməlum adam Səmədin üzünə dedi, kolxozun heyvanlarını sən oğurlayıb Gürcüstana ötürmüsən, özün də geri qaytardır.Yoxsa, onsuz da özüm gedib heyvanları gətirəcəm, oğrular da sənin üzünə duracaqlar ki, onlar oğurlayıblar, heyvanları qardaşınla sən vermisən.

Naməlum adam belə dedikdən sonra Səmədin halı dəyişdi, onu çölə çıxardılar.Qayıdıb razılaşdıq ki, sabaha kmi dayanaq, bu gün Səməd barədə deyilənləri araşdıraq.Sabah görəcəyimiz tədbir barədə qəti qərara gələrik.

Səhəri gün yenidən katibin iş otağında toplaşdıq.

Naməlum dediyim adama təklif etdim ki, sən oğruları və heyvanları ver bizə, sonra Səməd əhvalatı söz yox ki, aydınlaşacaq.Bu qaydada milis işçisinə deyilən əsası olmayan hər bir söz böhtandır. Qaldı, yoldaş Əsədov, bu mənə və prokurora naməlum olan adamı siz nə dərəcədə tanıyırsınız, mən bilmirəm.Lakin fakt bu adama Bığ Həsən və ya oğru Həsən deyirlər.Əgər Həsən bizə kömək etmək istəyirsə, heyvanların saxlandığı yeri dəqiq desin, onun daha başqa işlə işi yoxdur.

Belə olduqda, Həsən dedi ki, durun, gedib bu saat heyvanların yerini sizə göstərim.

Həsənin bu sözünə əsaslanan Əsədov göstəriş verdi ki, durub Həsənlə gedək. Mən bu cür cinayətkar tutmaq planının əleyhinə olduğumu, Həsənlə birlikdə oğru tutmaq adı ilə yola çıxmağı özümə və tutduğum vəzifəyə sığışdırmıram dedim. Heç şöbənin avtomaşınını da göndərmirəm. Belə olanda kolxozun avtomaşını ilə prokuror, Sədaqət bacı və oğru Həsən heyvanları gətirmək üçün Gürcüstan SSR-nin ərazisinə getdilər və gecə yarı əliboş qayıtdılar. Həsənin onları araya qoymasını təsdiq etdilər.

Sevindim ki, nə yaxşı kiminsə təhriki ilə öz vəzifə borcuma xələl gətirmədim və yaxut da kiminsə sözüylə başqasını güdaza vermədim.

Sonda məlum oldu ki, bu cinayət işini törədənlər Sədaqətlə, oğru Həsənin əlbirliyi olub

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Ölkə mətbuatında bugün »

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05

Məşhurların satışa çıxarılan əşyaları - FOTO

23 İyul 2017 23:05

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının FOTOları - YENİLƏNİB

23 İyul 2017 22:57

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule

23 İyul 2017 22:57

İsrail səfirliyinə silahlı hücum -

23 İyul 2017 22:56

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17

Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

23 İyul 2017 22:12