Millimiz Şimali İrlandiya ilə oyuna yeni forma ilə çıxacaq

Millimiz Şimali İrlandiya ilə oyuna yeni forma ilə çıxacaq
13:27 7 İyun 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına yeni formada çıxacaq.

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahibləri iyunun 10-da keçiriləcək qarşılaşmada "Umbro" deyil, "Nike" firmasının istehsalı olan forma geyinəcəklər. Azərbaycan millisi mövsümün sonunadək yeni forma ilə oynayacaq. Formanın dizaynı iyunun 8-də affa.az-da və qurumun rəsmi facebook səhifəsində nümayiş etdiriləcək.

Qeyd edək ki, AFFA bir neçə ildir "Umbro" ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. "Nike" "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR