Azərbaycandan 120 min dollar çıxarmaq istəyənlər tutuldu - FOTO

Azərbaycandan 120 min dollar çıxarmaq istəyənlər tutuldu - FOTO
13:32 7 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxslərdən ikisinin ayaqqabısında, birinin isə corablarında gömrük nəzarətindən gizlədilmiş, cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/552049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR