Başına pul qoyulan terrorçular məhv edildi

Türkiyə Daxili İşlər Nazirliyi başına pul qoyulan 794 terroristdən 94-nü zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, PKK, İŞİD, DHKP-C də daxil olmaqla, başına 4 milyon lirə qoyulan “qırmızı siyahı”dan 1 terrorçu, 1,5 milyonluq “mavi siyahı”dan 6 terrorçu, 1 milyonluq “yaşıl siyahı”dan 13, “narıncı siyahı”dan 10, “boz siyahı”dan 64 terrorçu məhv edilib.

Ümumilikdə, 2015-ci ilin 31 avqustundan bu günə qədər aparılan əməliyyatlar nəticəsində çoxsaylı terrorçu məhv edilib.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR