"Vodafon Arena" Olimpiya stadionuna rəqib oldu

"Vodafon Arena" Olimpiya stadionuna rəqib oldu
13:47 7 İyun 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyası (TFF) 2018/2019 mövsümündə UEFA superkubokunun və ya Avropa Liqasının finalının İstanbulda keçirilməsi üçün UEFA-ya rəsmi müraciət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, TFF final oyunlarının "Beşiktaş"a məxsus "Vodafon Arena"da təşkil edilməsini istəyir.

Avropa Liqasının və Çempionlar Liqasının finalına ev sahibliyinə namizədlər arasında Bakı Olimpiya Stadionu da var. Avroliqanın finalına digər namizədlər "Dinamo Arena" (Gürcüstan), "Frankfurt" stadionu, "Arena Ştutqart" (hər ikisi Almaniya), "Hampden Park" (Şotlandiya) , "Roman Sançes Pisxuan" (İspaniya) stadionlarıdır.

UEFA stadionlarla bağlı qərarını sentyabrda açıqlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR