Fatih Terim Arda haqda danışdı

Fatih Terim Arda haqda danışdı
13:57 7 İyun 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim futbolçu Arda Turanın idman yazarı Bilal Meşeyə hücum etməsi və ardından yığma karyerasını başa vurması lə bağlı fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis "İhlas" agentliyinə açıqlamasında yaşananlardan çox məyus olduğunu bildirib: "İstərdim ki, belə şeylər olmasın. Arda üçün də, sizin üçün də çox üzgünəm. Kaş baş verməyəydi. Hadisə 12-ci sırada baş vermişdi, mən isə 1-ci sırada idim. Ona görə də görmədim". 

Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz bitən yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə "Milliyet" qəzetinin idman yazarı Bilal Meşeyə hücum edərək, onu təhqir edib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR