"IFF": Türkiyə maliyyələşmə baxımından bölgənin ən həssas ölkəsidir

"IFF": Türkiyə maliyyələşmə baxımından bölgənin ən həssas ölkəsidir
14:12 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/  "Türkiyə artan cari əməliyyatlar fonunda kəsirini maliyyələşdirmək üçün qısa müddətli kapital axınlarına ehtiyacı olan ölkədir. Bu səbəbdən qlobal maliyyə bazarlarında mənfi konyunktur zamanı bölgədə ən həssas ölkə sayılır". 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun ("IFF") "İnkişaf etməkdə olan ölkələrə kapital axını" adlı hesabatının iyun sayında məlumat verilir.
"IFF" hesab edir ki, bu il inkişaf etməkdə olan ölkələrə kapital axınının həcmi 35% artaraq 970 mlrd. ABŞ dollarına çatacaq. Hesabatda qeyd olunub ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) mərhələli və maliyyə bazarlarına izah olunan faiz artımlarının 2018-ci ilin sonuna qədər davam etməsi dünya iqtisadiyyatında artım tempinin yüksəlməsi amilini nəzərə almaqla inkişaf etməkdə olan ölkələrə kapital axınının həcmini artıracaq: "Bu kateqoriyadan olan ölkələrə 2017-ci ildə 970 mlrd. dollar, 2018-ci ildə isə 1 trln. dollardan çox kapital yönələcəyini ehtimal edirik". 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/iff-turkiye-maliyyelesme-baximindan-bolgenin-en-hessas-olkesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR